Menu

Rusiya İran dronları ilə Odessaya zərbə endirib

10.06.2025, 11:16
Rusiya İran dronları ilə Odessaya zərbə endirib

Rusiya ordusu Ukraynanın Odessa şəhərinin mərkəzinə “Şahed” dronları ilə zərbə endirib.

APA “Unian“a istinadən xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

İlkin məlumata görə, Rusiya ordusu 10-dan çox PUA ilə Odessaya hücum edib. Şəhərdə çox sayda dağıntı qeydə alınıb, yaşayış binalarında və zooparkda yanğın baş verib.

Yaralılar arasında 5 qadın da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol