Menu

Trampın nüvə sazişinə inamı azalıb

11.06.2025, 17:43
Trampın nüvə sazişinə inamı azalıb

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sazişinə inamının azaldığını deyib.

APA xəbər verir ki, o, bu barədə “New York Post”a müsahibəsində bildirib.

“Deyəsən, onlar vaxtı uzadır. Bu, təəssüf doğurur. İndi bir neçə ay əvvəl olduğum qədər arxayın deyiləm. Onlara nəsə oldu və indi razılaşmanın həyata keçəcəyinə daha az inanıram. Lakin onlar razılığa gəlməsələr belə, nüvə silahına sahib olmayacaqlar”, - Ağ Ev lideri qeyd edib.

Tramp İranın nüvə bombası hazırlamasına icazə verilməyəcəyini vurğulayıb.

“Ancaq bunu müharibəsiz, insanlar ölmədən etmək daha gözəl olardı”, - Tramp əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol