Ukrayna Quru Qoşunları öz “facebook” səhifəsində maraqlı görüntülər paylaşıb.

“AzPolitika” xəbər verir ki, yayımlanan videoda cəbhədə döyüşlərin davam etdiyi Seversk istiqamətində Rusiya bölmələrinin növbəti hücum cəhdinin dəf edildiyi görünür.

Qeyd edilir ki, düşmən 19 motosiklet və 3 “Baqi”-dən istifadə edərək Ukraynanın 10-cu Briqadasının mövqelərinə hücuma keçib: “Nəticədə hücum dayandırıldı. Ruslar əhəmiyyətli itki verdilər: 18 işğalçı məhv edildi, daha 5-i yaralandı; 13 motosiklet və 3 “Baqi” yandırıldı. Üç işğalçı əsir götürüldü”.

Videonun sonunda isə sağ qalan üç rusiyalı əsgərin Ukrayna dronları ilə əsir götürüldüyü görünür.

“AzPolitika.info”