Menu

"Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini gələn həftə qəbul edə bilər" - Almaniya kansleri

12.06.2025, 14:39
"Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini gələn həftə qəbul edə bilər" - Almaniya kansleri

Slovakiyanın müqavimətinə baxmayaraq, Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini gələn həftə qəbul edəcək.

"AzPolitika" xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Mers bildirib.

Mers bu bəyanatı Berlində Danimarkanın Baş naziri Mette Frederiksen ilə görüşdən sonra səsləndirib:

“Avropa Komissiyasına 18-ci sanksiyalar paketi ilə bağlı təşəbbüs irəli sürdüyünə görə minnətdaram. Hər şey plana uyğun getsə, bu paket gələn həftə qəbul olunacaq”, – deyə kansler qeyd edib.

Mersin sözlərinə görə, Bratislavanın etirazına baxmayaraq, yeni sanksiyalar paketi ilə bağlı danışıqlar gələn həftə Brüsseldə Aİ ölkələrinin daimi nümayəndələrinin komitəsində başlayacaq. O əlavə edib ki, ehtiyac yaranarsa məsələ Avropa Şurasında yenidən müzakirəyə çıxarıla bilər.

Xatırladaq ki, Aİ-nin növbəti sammiti yaxın günlərdə baş tutacaq.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol