Polşada terror aktı planlaşdırmaqda şübhəli bilinən 19 yaşlı şəxs saxlanılıb.
Bu barədə Polşa Daxili İşlər Nazirliyinin sözçüsü Yacek Dobyinski məlumat verib.
O, sosial media hesabından paylaşdığı açıqlamada qeyd edib ki, 2024-cü ilin aprel ayında 19 yaşlı iki nəfərin saxlanıldığı istintaq çərçivəsində daha bir nəfər terror aktı planlaşdırmaq şübhəsilə həbs olunub.
Onun sözlərinə görə, saxlanılan şəxslərin internet vasitəsilə odlu silahların istifadəsi, atəş mövqeləri, həm açıq, həm də qapalı məkanlarda döyüş taktikaları barədə məlumat topladığı müəyyən edilib.
Bundan əlavə, şübhəlilərin təlim məqsədilə atıcılıq poliqonlarında məşq etdikləri və partlayıcı qurğuların hazırlanması ilə bağlı göstərişlər axtardıqları aşkarlanıb.
"AzPolitika.info"


Şərhlər