İsrailin Təbriz şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub.

Bu barədə "Mehr" xəbər agentliyi Şərqi Azərbaycan vilayətinin Böhranların İdarə Edilməsi İdarəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hücum nəticəsində 12 nəfər də yaralanıb.

Qeyd edək ki, İsrail ordusunun aviasiyası Təbriz hava limanına zərbələr endirib.

***

İsrail ordusu Təbrizin "Şekari" Hava Hücumundan Müdafiə Qərargahını bombalayıb...

Bu barədə də "Mehr" məlumat yayıb.

Məlumatda bildirilir ki, hücum nəticəsində Təbrizdə yeni partlayışlar baş verib.

Hücumlar əsasən Təbriz şəhərinin hava limanını və Şərqi Azərbaycan vilayətində yerləşən təxminən 10 yaşayış məntəqəsini hədəfə alıb.

"Fars" xəbər agentliyinin məlumatına görə, hücumlar nəticəsində azı 3 nəfər həyatını itirib. 

Yaralıların və dağıntıların dəqiq sayı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Təbriz İranın strateji əhəmiyyətə malik böyük şəhərlərindən biridir və regionda mühüm nəqliyyat və logistik mərkəz sayılır. Hücumlar həm mülki əhali, həm də infrastruktur baxımından ciddi narahatlıq yaradıb.

***

Bildirilib ki, Təbriz Hava Limanı ətrafında partlayışlar baş verib.

İsrail İranın Təbrizdəki neft emalı zavodunu vurub. Bu haqda “Mehr” xəbər agentliyi məlumat yayıb.

"AzPolitika" xəbər verir ki, Təbrizdə baş verən partlayışlardan sonra ətrafa yayılan qatı tüstünün görüntülərini yayılıb.

Bundan əlavə, Təbrizin Sardrud yaxınlığındakı “Radar” kompleksu də hədəfə alınıb.