Menu

"Mossad" İranın içərisində PUA bazası yaradıbmış – Rusiyanın İrana verdiyi HHM sistemləri işləməyib

13.06.2025, 12:52
"Mossad" İranın içərisində PUA bazası yaradıbmış – Rusiyanın İrana verdiyi HHM sistemləri işləməyib

İsrail aviasiyasının bombardmanları ilə paralel "Mossad" İranda uğurlu diversiya əməliyyatları keçirib.

"Haaretz" qəzetinin məlumatına görə, "Mossad" İranın içərisində PUA bazası yaradıbmış və bunlar əməliyyatda istifadə olunub.

Siyasi şərhçi Şahin Cəfərli əməliyyatı şərh edərkən bildirib ki, bu, Ukraynanın Rusiya ərazisində keçirdiyi "Hörümçək toru" əməliyyatının bənzəridir və kiçik dronların müasir dövrdə nə qədər vacib tapşırıqlar yerinə yetirə biləcəyini bir daha göstərir. “Digər tərəfdən, İsrail kəşfiyyatının İran daxilində nə qədər rahat hərəkət etdiyi də bir daha ortaya çıxdı”, - o əlavə edib.

Ekspertin sözlərinə görə, başqa bir detal da budur ki, Rusiyanın İrana verdiyi hava (raket) hücumundan müdafiə vasitələrinin indiyədək bir işə yaradığını kimsə görməyib. “İsrail F-35 və F-15 təyyarələri rahatlıqla bütün hədəfləri vurublar”, - o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Bəhi 2025-06-13 13:15:05

Ötən ilin Oktyabrında Qəzzaya Hərbi Müdaxiləyə qarşı prezident Baydenin *İsrail silah gözləməsin?* qadağısına zidd Yaxın Şərqə göndərilən 12 milyard dollarlıq Hərbi Arsenalın yaxın zaman xərclərinə hesabat deyildimi kimi büdcədən silinsin, mühafizəkar Avropaya və Ukraynaya Kremlə qarşı göndərilməsin?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol