Menu

Məşhur İran generalının öldürüldüyü xəbəri yayıldı - Qasim Süleymaninin varisi idi

13.06.2025, 16:41
Məşhur İran generalının öldürüldüyü xəbəri yayıldı - Qasim Süleymaninin varisi idi

İranın məşhur generallarından olan İsmayıl Qaaninin öldürüldüyü barədə məlumatlar yayılır.

“AzPolitika” xəbər verir ki, İsrail mediasının bu barədə yayımladığı xəbəri İranda da bəzi mənbələr təsdiqləyib.

Qaani general Qasım Süleymaninin varisi - SEPAH-ın “Əl-Qüds” xüsusi təyinatlı dəstəsinin komandiridir.

Bu arada xarici media İranın qərbindəki Həmədan əyalətində partlayışların baş verdiyini yazır. İsrail aviasiyası Həmədandakı Nojah Qabudarhang bazasına və Buşehr dəniz limanına da hücum edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol