Menu

İsrail ordusu İran şəhərlərinə hücumlarını davam etdirir - Həmədanda, İsfahanda hərbi obyektlər vurulub

14.06.2025, 10:09
İsrail ordusu İran şəhərlərinə hücumlarını davam etdirir - Həmədanda, İsfahanda hərbi obyektlər vurulub

Bu gün səhər saatlarından etibarən İsrail hava qüvvələri İran ordusunun Zəncan vilayətində yerləşən Mərkəzi Zirehli Briqadasının bazasına hücum edib .

İranın “Nournews” agentliyi xəbər verir ki , İsrail həmçinin İranın qərbindəki eyniadlı əyalətin inzibati mərkəzi olan Həmədan şəhərindəki hədəflərə zərbələr endirib.

Hücumun nəticələri barədə məlumat verilməyib. Vilayətdə bir gün əvvəl İsrailin zərbələrinə məruz qalmış İranın Nojeh hərbi bazası yerləşir.

İsrail Müdafiə Nazirliyi bildirib ki, İranın İsfahan şəhərində uran metal istehsalı zavodu dağıdılıb, nüvə laboratoriyası da vurulub.

İsrail Hərbi Hava Qüvvələrinin Tehranın iki hava limanından biri olan Mehrabad beynəlxalq hava limanının ərazisini vurduğu iddia edilir.

AFP jurnalistinin verdiyi məlumata görə, iyunun 14-də səhər İran paytaxtının qərbində yerləşən hava limanının ərazisində alov və qatı tüstü görünüb. Partlayışla bağlı məlumatı “Mehr” xəbər agentliyi də təsdiqləyib.

Cümə günü səhər İran hakimiyyəti paytaxtın əsas beynəlxalq hava limanı olan İmam Xomeyni hava limanında fəaliyyəti dayandırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol