Menu

Ukraynadakı PUA-lardan müdafiə sistemlərinin bir qismi Yaxın Şərqə köçürülüb

14.06.2025, 19:22
Ukraynadakı PUA-lardan müdafiə sistemlərinin bir qismi Yaxın Şərqə köçürülüb

ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynada yerləşdirilən pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin bir qisminin Yaxın Şərqə köçürüldüyünü təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə o, “FOX News” telekanalının efirində danışıb.

Pentaqon rəhbəri bildirib ki, bu addım ölkəsinin regiondakı hərbi obyektlərinin müdafiəsinin gücləndirilməsi məqsədilə atılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol