Menu

İsrail Tehranın iki neft anbarına hücum edib

15.06.2025, 08:01
İsrail Tehranın iki neft anbarına hücum edib

İsrail İranın paytaxtı Tehranın iki neft anbarını vurub, hər iki obyektdə yanğın başlayıb.

“Report”un xəbərinə görə, bu barədə İranın “Fars” və “Tasnim” agentlikləri məlumat yayıb.

Hücum Kan və Şahran bölgələrindəki neft anbarlarını hədəf alıb. Zərbələrin fəsadlarını aradan qaldırmaq üçün hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir.

Mümkün tələfat və yaralananlar barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol