İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi və müavini Həsən Mühəqqəq İsrailin hücumları nəticəsində dağıntıları altında qalıblar.
“Report” xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
“Sepah”ın kəşfiyyat idarəsinin başçısı Məhəmməd Kazımi və onun müavini Həsən Mühəqqəq İsrailin Tehranda “Sepah”ın kəşfiyyat idarəsinin binasına hücumu nəticəsində dağıntılar altında qalıblar”, – telekanal nəql edib.
Bildirilib ki, onların sağ olub-olmadığı bəlli deyil.


Şərhlər
SEPAH komandirləri dağıtılar altında qalıb. Əgər orda olsaydım təpələrinə bir daş da mən tullayardım. Qarabağ müharibəsində bizə necə münasibət bəsləyirdilərsə mən də onlara eyni münasibəti bəsləyirəm və bəsləyəcəyəm. Həmişə.