İrandan Azərbaycana 14 rusiyalı alim təxliyə edilib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Elm və Təhsil Nazirliyinin mətbuat xidməti “İnterfaks”a bildirib.
“BRICS-ə həsr olunmuş Rusiya – İran konfransında iştirak etmiş 14 rusiyalı beynəlxalq münasibətlər üzrə alimdən ibarət qrup İran – İsrail münaqişəsi zonasından uğurla təxliyə edilib”, – məlumatda deyilir.
Nümayəndə heyətinin tərkibində Rusiya Elm və Təhsil Nazirliyinin tabeliyində olan təşkilatların əməkdaşları, xüsusilə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Vasili Kuznetsov və Rusiya Elmlər Akademiyasının İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun kiçik elmi işçisi Yevdokiya Dobreva olub.
“Döyüş əməliyyatları başladıqdan sonra alimlər Rusiya səfirliyinin ərazisinə gətiriliblər, oradan bu gün Azərbaycana yola düşüblər”, – agentliyin qurumdan əldə etdiyi məlumatında bildirilib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın İranda neft sektorunda çalışan əməkdaşları və onların ailə üzvlərindən ibarət böyük qrupu “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə çatmışdı.


Şərhlər
Bəs görəsən, İrandan öz ölkəsinə dönmək istəyən bir Azərbaycan vətəndaşı hər hansı rus truppasına qoşulub bu lütfkarlıqdan istifadə edə bilər? Yoxsa bununa vurub geri qaytaracaqlar ki, qayıt sən təyyarə ilə get?
Rusları xilas etmək ədalətli deyil. Onlar bizim sərnişinləri xilas etmədilər.gözümüz görə-görə ölümün ağuşuna atdılar. Onlarla eyni cür rəftar etmək lazım idi. Biz ömrümüz boyu rus qorxusu altında yaşamalıyıqmı? Bu neçə il, neçə əsr olacaq? Rusun gözünün nuru olmur. Bu gün xilas edilən alimlər Rusiyaya çatan kimi hər şeyi unudacaq, yenə erməni-erməni deyəcəklər. Bu davranış kənardan humanistlikdən çox yaltaqlığa bənzəyir. Öz vətəndaşlarımız günlərlə sərhəddə ac-susuz qaldılar onlara öz tərəfimizdən bir loxma çörək verən olmadı. Amma indi rusa yemək-içmək və rahat yatmaq üçün hər cür şərait yaradırıq.Belə münasibət görəndə rus da elə bilir ki, doğrudan da digər xalqların ağasıdır.