Menu

İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb

16.06.2025, 16:07
İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb

İranla davam edən münaqişə fonunda İsrail ordusunun bölmələrinin bir qismi Qəzza sektorundan çıxarılıb, Misir və İordaniya sərhədinə yerləşdirilib.

APA-nın xəbərinə görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, hazırda Qəzzada İsrail ordusunun 4 diviziyası, yəni 10 minə qədər hərbçisi var. 98-ci diviziya, elit desant birləşməsi və xüsusi təyinatlı bölmə isə Qəzza sektorundan çıxarılıb.

İsrail ordusunun İordaniya ilə sərhəddə qüvvələri 3 dəfə artırılıb. 98-ci diviziya isə Misirlə sərhədə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol