İsrailin ordusu Tehrana yeni zərbə endirəcəyini elan edib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Hörmətli sakinlər, təhlükəsizliyiniz üçün sizdən göstərilən əraziləri dərhal tərk etməyinizi xahiş edirik", - İsrail ordusunun farsdilli nümayəndəsi Kamal Penhasi bildirib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.


Şərhlər