Menu

“Kimsə bu dəliyə izah etsin ki...” – Trampla Karlson “atışdılar”

17.06.2025, 14:44
“Kimsə bu dəliyə izah etsin ki...” – Trampla Karlson “atışdılar”

 Amerikalı tanınmış jurnalist Taker Karlson Prezident Donald Trampı kəskin tənqid edərək, onu İsrailin İrana hücumunda “şərik” adlandırıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Karlsonun dediyinə görə, Amerikanın İsrailə yardımı “ABŞ-ni müharibəyə sürükləyir”.

Hətta qeyd edib ki, Trampın prezidentliyinin taleyi İranda baş verənlərdən asılı olacaq: “Bundan sonra baş verənlər Donald Trampın prezidentliyini müəyyən edəcək”.

Qeyd edək ki, Taker Karlson uzun müddət media məkanında Trampın tərəfdarı kimi çıxış edib. Lakin son vaxtlar onun ritorikası kəskin şəkildə dəyişib. O, Vladimir Putin və onun hakimiyyətinin digər nümayəndələrindən müsahibə almaq üçün tez-tez Moskvaya səfər edib. Karlson həm də son zamanlar Trampı İrana qarşı daha sərt mövqe tutmağa çağıran digər mühafizəkar şərhçilərlə açıq şəkildə münaqişə aparmağa başlayıb.

Bu dəfə Karlsonun kəskin açıqlamalarına Tramp özünəməxsus şəkildə cavab verib: "Lütfən, kimsə bu dəli Taker Karlsona izah etsin ki, İRANIN NÜVƏ SİLAHI OLA BİLMƏZ!"

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol