İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvi israilliləri “canlarını xilas etmək üçün” Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə “Al Alam” telekanalı məlumat yayıb.

O, bildirib ki, İran hələlik İsrailə qarşı heç bir ciddi əməliyyat keçirməyib, ancaq xəbərdarlıq zərbələri ilə məhdudlaşıb: “İndiyədək həyata keçirilən əməliyyatlar bir növ xəbərdarlıq olub. Təl-Əviv və Hayfadakı insanlara canlarını xilas etmək üçün əraziləri tərk etmələri barədə xəbərdarlıq edilib”, - deyə o bildirib.