Menu

"Tərəflərin razılığı olmadan heç nə mümkün deyil" - Nebenzya

17.06.2025, 22:24
"Tərəflərin razılığı olmadan heç nə mümkün deyil" - Nebenzya

Rusiya İsrail və İran arasında vasitəçilik səylərinə hazırdır.

“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib.

Diplomat qeyd edib ki, Rusiya tərəfi vəziyyətin sabitləşdirilməsi üçün əlindən gələni etməyə hazırdır: “Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında bu yaxınlarda söhbət olub. Putin Trampa çatdırıb ki, biz bu məsələdə nə edə biliriksə, etməyə hazırıq. O, Rusiyanın İsrail və İran arasında gərginliyin azaldılması istiqamətində vasitəçilik səylərinə hazır olduğunu birbaşa söyləyib”.

Nebenzya əlavə edib ki, Rusiya hazırda regionda konkret vasitəçilik missiyası aparmasa da, diplomatik koordinasiya davam edir: “Hazırda İsrail-İran qarşıdurması ilə bağlı vasitəçiliyimiz yoxdur. Belə məsələlərdə tərəflərin razılığı olmadan heç nə mümkün deyil".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol