Menu

Tehranda terror aktlarının qarşısı alınıb

18.06.2025, 09:45
Tehranda terror aktlarının qarşısı alınıb

İranın hüquq-mühafizə orqanları Tehranın cənubunda yerləşən Rey şəhərində naməlum şəxslərdən ibarət dəstə tərəfindən planlaşdırılan bir sıra terror aktının qarşısını alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, qruplaşmanın İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əlaqəli olduğu ehtimal olunur.

Agentliyin məlumatına görə, uğurlu əməliyyat nəticəsində bütün təhdidlər aradan qaldırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol