İsraillə İran arasında 13 iyun tarixində başlayan müharibə altıncı gününə qədəm qoyarkən İranın raketlərlə həyata keçirdiyi hücumları İsrail rəhbərliyi daxilində ciddi gərginliyə səbəb olub.

Belə ki, İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir jurnalistlərin qarşısında keçmiş müdafiə naziri Amir Bar-Levlə mübahisə edib.

Sabiq nazir Bar-Lev İtamar Ben-Qvirə sərt sual ünvanlayaraq, “İranı niyə təhrik etdin?”,- deyə irad bildirib.

Bu sual qarşısında müdafiə naziri Ben-Qvir isə cavabında bildirib ki, “İranın raket gücünün bu qədər yüksək olduğunu dərk etməmişdik". 

Qeyd edək ki, hökumət üzvlərinin qarşılıqlı ittihamlarla bir-birinə irad bildirməsi İsrail daxilində narahatlıq siqnalı kimi qiymətləndirilib.

"AzPolitika.info"