Bu gün Ərdəbil şəhərinin bəzi bölgələrində güclü partlayışların baş verdiyi bildirilir.

"AzPolitika" xəbər verir ki, bu barədə bir sıra “Telegram” kanallarında video yayılıb.

Məlumatda İsrail ordusu Ərdəbili hədəfə aldığı qeyd edilib. Atəşə məruz qalan ərazidə yanğın başlayıb.

Xatırladaq ki, Azərbaycan tərəfi bu günlərdə diplomatik kanallarla İsrailə Güney Azərbaycan şəhərlərini vurmamaqla bağlı mesaj ünvanlamışdı. Görünən odur ki, bu mesaj hələ də İsrail ordusuna çatmayıb...