Menu

Şəkiliyevlə yanaşı daha 9 məmur saxlanılıb - ADLAR

20.06.2025, 17:54
Şəkiliyevlə yanaşı daha 9 məmur saxlanılıb - ADLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "Teleqraf" məlumat yayıb.

Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.

Məmurlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və onları aşmaqda ittiham olunurlar.

"AzPolitika.info"

Şərhlər

Şəkili 2025-06-20 22:59:21

Hörmətli DTX yolunuzu Şəkiyə salaın. Elxan Usubov 15-ildir ki. Şəkinin İcra Başçısıdır, Şəkini tam özəlləşdirib ! Onun dövründə 3-dəfə Bələdiyyə seçkisi keçirilib, Eyni admaları təyin edibdir.Şəki Kommunoxozun müdiri İntiqam Əşirov, Şəki Bələdiyyəsini 15-ildir ki, idarə edir. Qaynı Fariz torpaq satmaqnan məşğuldur, Şəki Bələdiyyəsi hamısı bir ailənin üzvüləridir, aidiyyatı qurumlar bu özbaşnalıqlara göz yumur. Şəki can verir ! Bələdiyyənin şəhər və kənd sədrləri və üzvüləri birinci müavini Həsən Həsənovun və Elxanın yaxın adamlarıdır. Xahiş edirik Şəkini onların əllərindən qurtarın !

Cavid 2025-06-20 19:31:49

Hansı rayonda belə halar yoxdur? Nümunə varmı?Hamısı eyni texnologiyadan istifadə edir.Sanki bir yerdən istiqamətləndirilirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol