Menu

Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb

22.06.2025, 18:58
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb

İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi ABŞ-nin respublikanın nüvə obyektlərinə gecə endirdiyi zərbələri şərh edərkən deyib.

“Əvvəllər belə hallar olub ki, əlimizdə olan imkan və potensiala görə zədələri dərhal aradan qaldırmışıq. Təbii ki, bu sənaye bundan sonra da inkişaf etməlidir və onun inkişafı dayanmayacaq”, - Kamalvəndi bildirib.

Təşkilat nümayəndəsi vurğulayıb ki, ölkənin nüvə sənayesini tamamilə məhv etmək mümkün deyil:

“Onlar (ABŞ – red.) anlamalıdırlar ki, nüvə sənayesi ölkəmizdə dərin kök salıb və bu milli sənayenin kökünü qoparmaq mümkün deyil”.

Şərhlər

Bəhi 2025-06-22 22:25:06

Qonşu-Qardaş İrani-Tehranın nəyə-necə davam edəcəyi dövlətin və vətəndaşlarının işidir, ABŞ və İsrael dövlətindən qeyri heç kəs sorğulamır! İrana qarşı Hərbi təhdid-təcavüzləri isə bütün tətbiq-epizod hərəkətləri Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Tribunalda ciddi-dəqiqliklə qiymətləndirilməli deyilmi? Əsl cavab həmin qərarlarla təsdiqlənməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol