Menu

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

20.12.2014, 01:04
Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Kanada Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Kanadanın xarici işlər naziri Con Beyrd bəyan edib.

Onun sözlərinə görə, söhbət neft və qaz sənayesində istifadə olunan texnologiyalarının ixracına qoyulan əlavə məhdudiyyətlərdən gedir. Həmçinin sanksiyalar bir sıra fiziki şəxslərə də şamil ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol