ABŞ-nin iyunun 22-də həyata keçirdiyi hava və raket zərbələri nəticəsində İranın yeraltı “Fordo” nüvə obyektində ciddi dağıntılar yaranıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarında video yayılıb.
Paylaşılan kadrlardan görünür ki, hücumun ardından dağın səthində dərin çuxurlar əmələ gəlib.
İran rəsmiləri zərərin məhdud olduğunu iddia etsə də, ABŞ zərbələrin effektiv olduğunu və Tehranın nüvə imkanlarının məhv edildiyini açıqlayıb.
"AzPolitika.info"


Şərhlər
Ora adi adamların buraxılmasına inanmaq olmur. Azpolitika-nın belə xəbərləri yoxlamadan yayımlaması qeyri-peşəkarlıqdır.