Menu

Atəşkəsdən sonra İsrailə raket zərbələri - İran yenidən hücuma keçib

24.06.2025, 11:52
Atəşkəsdən sonra İsrailə raket zərbələri - İran yenidən hücuma keçib

İran atəşkəsə baxmayaraq İsrail ərazisinə raket zərbələri endirib.

"AzPolitika" xəbər verir ki, bu barədə İsrail Ordusuna yaxın mənbələr məlumat verib.

Məlumata görə, atəşkəsdən saatlar keçməsinə baxmayaraq İran İsrailə hücum edib.

Hayfa körfəzi və şimal bölgələrində həyəcan siqnallarının işə düşdüyü, insanların sığınacaqlara köçürüldüyü bildirilir.

Hələlik bu barədə İran tərəfindən heç bir açıqlama verilməyib.

Xatırladaq ki, atəşkəs razılaşmasından sonra İranın xarici işlər naziri Abbas Araqçı “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 04:30) dayandırdığını yazmışdı.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol