Prezident İlham Əliyev Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi Sərəncam imzalayıb.
"AzPolitika" xəbər verir ki, təltif edilən hərbçilərdən 6-sı generaldır.
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan general-mayor Zaur Rüstəmov İsmayıllı rayonundandır. Zaur Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun]Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz aıb.Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Hərbi liseydən sonra 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilib. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıdıb, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə davam edib.
25 iyun 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə General-mayor ali hərbi rütbəsi verilib.
7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hərbi Hava Qüvvələri Komandanının müavini-Hava Döyüş Komandiri vəzifəsinə təyin olunub.
İkinci Qarabağ müharibəsindən sonra "Qarabağ" ordeni və bir sıra medallarla təltif edilib.
O, Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə rəhbərlik edib.

Z. Rüstəmov 2022-ci ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Selçuk Bayraktar ilə birlikdə Azarbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçuş edib. Belə ki, S. Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.
Prezidentin bu gün imzaladığı sərəncamla 5 general-mayor isə “Hərbi xidmətlərə görə” ilə təltif olunub.
General-mayor Namiq Bayramov 1971-ci ildə Kəngərli rayon Qarabağlar kəndində anadan olub. O, Hərbi Hava Qüvvələrində xidmət edir.

Orta məktəbi bitirdikdən sonra Rusiyanın Smolenks Ali Zenit Raket Mühəndisləri hərbi məktəbinə daxil olub. 1992-ci ildə həmin məktəbi radioelektronika avadanlıqlarının istismarı mühəndisliyi ixtisası üzrə bitirib.
1992–1993-cü illərdə Almaniyada Qərb Qoşunları Qrupunda taqım komandiri vəzifəsində, 1993-cü ilin oktyabr ayından isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. Naxçıvan Muxtar Respublikasında Hava Hücumundan Müdafiə təyinatlı hərbi hissələrdə batareya komandirinin müavini vəzifəsindən Əlahiddə Ümumqoşun Ordusunun idarə rəisi vəzifəsinədək xidmət yolu keçib. Batareya komandiri, hərbi hissənin kəşfiyyat rəisi, motoatıcı diviziyanın komanda məntəqəsinin rəisi-hərbi hissə komandiri, Əlahiddə Ümumqoşun Ordunun HHM idarəsinin qərargah rəisi, HHQ İdarəsinin rəisi olub. 2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində fakültə rəisi, 2021-ci ildən etibarən isə Hərbi Hava Qüvvələrinin idarə heyətində rəhbər vəzifədə xidmət edib.
General-mayor Həsən Əlövsədov isə Siyəzən rayonundandır. O, İkinci Qarabağ müharibəsində iştirak edib. Mi-17 helikopter eskadrilyasının komandiri olub. Hərbçi “Qarabağ” ordeni, “Xocavəndin azad edilməsinə görə”, “Ağdamın azad edilməsinə görə” medalları ilə təltif olunub.

General-mayor İlqar Qafarov da Hərbi Hava Qüvvələrinin zabitidir. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

İlqar Qafarov 1978-ci il iyulun 22-də Göyçay rayonunun Bığır qəsəbəsində anadan olub. 1984–1994-cü illərdə Bığır qəsəbəsi Əli Əfəndi adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-cü ildə Türkiyə Hərbi Hava Məktəbinə (HHO) qəbul olub və 1998-ci ildə oradan təyyarəçi/sənaye mühəndisi ixtisası üzrə məzun olub.
Birləşmiş Ştatların Alabama ştatının Montqomeri şəhərində Komanda Qərargah Akademiyasında, Türkiyə İstanbul şəhəridə Ali İdarəetmə və Nəzarətin Təşkili Akademiyasında, Birləşmiş Ştatların Vaşinqton şəhərində Milli Təhlükəsizlik və Resursların Təminatı Strategiyası Akademiyasında magistr təhsili alıb.
1998-1999-cu illərdə Türkiyədə təyyarəçi ixtisası üzrə təcrübədə olub. 1999-cu ilin fevralından Azərbaycan Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində təyyarəçi, baş təyyarəçi, Manqa Komandiri, Eskadrilya Komandirinin müavini — şturman, Eskadrilya Komandirinin müavini — Eskadrilyanın qərargah rəisi, Eskadrilya Komandiri, Hərbi Hissə Komandirinin müavini — Hərbi Hissənin qərargah rəisi, Hərbi Hissə Komandiri vəzifələrində xidmət edib.
2019–2022-ci illərdə Hərbi Hava Qüvvələrinin Aviasiya rəisinin şturman hazırlığı üzrə müavini – Hərbi Hava Qüvvələrinin baş şturmanı vəzifələrində xidmət edib.
2022-ci ildə Hərbi Hava Qüvvələrinin Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2023-cü ild tarixli 3947 nömrəli Sərəncamı ilə İlqar Qafarova general-mayor ali hərbi rütbəsi verilib.
General-mayor Gündüz Əbdülov Milli Müdafiə Universitetinə rektorudur. O, əvvəllər Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışıb, daha sonra TƏBİB-də, ardınca Elm və Təhsil Nazirliyində işləyib. 2024-cü ildən Milli Müdafiə Universitetinə rəhbərlik edir.

Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Univeristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.
2024-cü il noyabrın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gündüz Əbdülova “general-mayor” ali hərbi rütbəsi verilib
General-mayor Akif Pirverdiyev 4-cü Ordu Korpusunun komandiridir. İkinci Qarabağ müharibəsindən sonra "Zəfər" ordeni ilə təltif edilən zabitlərdən biridir.

Akif Səməndər oğlu Pirverdiyev hazırkı Goranboy rayonunun Qaramusalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsinin də iştirakçısıdır.
Akif Pirverdiyev 2004-cü ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş, XTQ komandanının maddi-texniki təminat üzrə müavini, daha sonra isə XTQ-nin qərargah rəisi vəzifəsinə yüksəlmişdir. 2024-cü ilin yanvar ayından iyun ayınadək Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsini müvəqqəti icra etmişdir
Akif Pirverdiyev polkovnik rütbəsində İkinci Qarabağ müharibəsində iştirak edərək cəbhənin müxtəlif istiqamətlərində döyüşüb.. Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatı onun rəhbərlik etdiyi bölmələr tərəfindən həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2022-ci il tarixli Sərəncamı ilə Akif Pirverdiyevə general-mayor ali hərbi rütbəsi verilib.
2025-ci ilin aprel ayında Akif Pirverdiyev Azərbaycan Ordusunun 4-cü ordu birliyinin (Bakı Korpusunun) komandiri təyin olunub

Şərhlər