Menu

Prezident nazir müavinini təltif etdi

25.06.2025, 21:03
Prezident nazir müavinini təltif etdi

Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu gün 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanlardan biri də Aqil Səlim oğlu Qurbanovdur.

"AzPolitika" xəbər verir ki, 39 yaşlı A.Qurbanov 2022-ci ildən müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsini icra edir.

2023-cü ildə dövlət başçısının növbəti Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

2023-cü ildən etibarən isə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsindədir.

Ailəlidir. İki övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol