Menu

Tramp NATO-da yeni alyansın doğuluşunu elan etdi – Müdafiə xərcləri 5%-ə qalxır

25.06.2025, 18:11
Tramp NATO-da yeni alyansın doğuluşunu elan etdi – Müdafiə xərcləri 5%-ə qalxır

Niderlandda keçirilən NATO sammitində ABŞ Prezidenti Donald Tramp müdafiə xərclərinin ÜDM-in 5%-nə çatdırılması təşəbbüsü ilə çıxış edib. Tramp bildirib ki, bu halda NATO “çox güclü quruma” çevriləcək. Təklifin yekun sənəddə əksini tapacağı gözlənilir.

Tramp NATO-nun 5-ci maddəsinə – kollektiv müdafiə öhdəliyinə – sadiq olduğunu vurğulayıb. Baş katib Mark Rutte isə əlavə xərclərin yalnız Avropa və Kanadaya aid olduğunu, ABŞ vətəndaşlarına yük düşməyəcəyini qeyd edib.

Yeni plana görə, NATO ölkələri növbəti 10 ildə müdafiə xərclərini 3,5%-ə, dolayı sahələrə isə əlavə 1,5% yönəltməlidirlər. İspaniya bəzi şərtlərlə bu razılaşmaya qoşulacaq.

Finlandiya Prezidenti Aleksandr Stubb qərarı “yeni və balanslı NATO-nun doğuşu” adlandırıb. Trampın İrana qarşı zərbələri də müzakirə olunub. Rutte bunu “uğur” saysa da, ABŞ mediası effektivliklə bağlı şübhələrə yer ayırıb. Tramp və müdafiə naziri bu iddiaları təkzib ediblər.

Sammit çərçivəsində Trampın Ukrayna Prezidenti Zelenski ilə görüşü də planlaşdırılıb. Görüşdə silah və hava hücumundan müdafiə sistemləri əsas müzakirə mövzusu olacaq.

Rasim Əliyev
AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol