Menu

Obama Quantanamo həbsxanasını bağlamaq üçün konqresi yenidən çağırıb

20.12.2014, 11:44
Obama Quantanamo həbsxanasını bağlamaq üçün konqresi yenidən çağırıb

ABŞ prezidenti Barak Obama Quantanamodakı həbsxananı bağlamaq üçün konqresi yenidən çağırıb, baxmayaraq ki, bu cür hərəkətləri de-fakto qadağan edən qanun imzalayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.

"Quantanamodakı həbsxananın işləməsi bizim milli təhlükəsizliyimizi sarsıdır. Biz onu bağlamalıyıq. Amerika tarixində bu fəsili bağlamaq üçün mən hər iki partiya üzvlərini (konqresin) bizimlə işləməyə çağırıram", - Obama deyib.

Qanunun bir sıra müddəaları həbsxananı müstəqil bağlamaq üçün prezidenti imkanlardan məhrum edir.

"Quantanamo artıq 13 ildir ki, açıqdır və hər il Amerika xalqına yüzlərlə milyon dollara başa gələrək Amerikanı dünyada nüfuzdan salır", - Obama bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol