Menu

Bu şəxslər Azərbaycanı tərk etməlidirlər - Bir ay vaxt verildi

01.07.2025, 21:08
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər - Bir ay vaxt verildi

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Müraciətdə deyilir: “24 mart 2020-ci ildən Azərbaycanda olan və COVID-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci ilədək Azərbaycan Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol