ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) mümkün təhlükələrə qarşı hazırlıqlarını gücləndirir.
Bu barədə “Business Insider” nəşri məlumat yayıb.
Məlumata görə, bu, xüsusilə pilotsuz dəniz vasitələrinin Rusiya gəmilərinə qarşı uğurla istifadə olunduğu Qara dənizdəki Ukrayna əməliyyatlarından sonra aktuallıq qazanıb.
Qeyd olunur ki, pilotsuz suüstü aparatları Ukraynanın Rusiya donanmasına qarşı istifadə etdiyi yeni və təhlükəli texnologiyalardan biridir. Ukrayna məhz bu asimmetrik yanaşma ilə Rusiya donanmasına ağır zərbələr endirib. Nəticədə Moskva öz donanmasının böyük hissəsini Krımdakı bazalardan Novorossiskə köçürməyə məcbur olub.
ABŞ HDQ-nin 66-cı əməliyyat-taktiki qrupunun komandiri, kontr-admiral Maykl Mettis bildirib ki, bu asimmetrik imkanlar gələcəkdə ABŞ-yə qarşı da istifadə oluna bilər:“Bu, ucuz silahlarla bahalı hədəflərə zərbə vurmaq anlamına gəlir. Ukrayna təcrübəsi göstərdi ki, belə müharibə şəraitində innovasiyalar həyati əhəmiyyət daşıyır”.
Mettisin sözlərinə görə, Rusiya Ukraynanın bu taktikalarına adaptasiya etməkdə gecikdiyinə görə əlavə itkilər verib:“Əgər onlar daha çevik davransaydılar, bu qədər gəmi itirməzdilər”.
“AzPolitika.info”


Şərhlər