Hərbi ekspert Aqil Rüstəmzadə “Kauno Diena” nəşrinə verdiyi müsahibədə bildirib ki, Azərbaycanın fəaliyyəti Rusiyanın regiondakı maraqlarına birbaşa təsir göstərir.
Aqil Rüstəmzadə deyib: “Azərbaycanın atdığı addımlar Rusiya maraqlarına toxunur və bu, bütün postsovet ölkələrinə təsir edir. Rusiyanın təsirinin azalması kiçik dövlətlərə, o cümlədən Gürcüstana öz mövqelərini gücləndirmək üçün imkan yaradır.”
O, vurğulayıb ki, Rusiyanın Suriyada məğlub olması və Ukrayna müharibəsinə bütün resurslarını yönəltməsi onun Qara dənizdə və Cənubi Qafqazda mövqelərinin zəifləməsinə səbəb olub: “Rusiya Suriyada uduzdu və Ukraynaya yönəltdiyi resurslar onu bölgədə zəiflədib. Donanmanın itkiləri də təsir imkanlarını azaldıb.”
Ekspert bildirib ki, bu proses Moskvanın Cənubi Qafqazda və Mərkəzi Asiyada hegemonluğunun zəifləməsinə gətirib çıxarır və region ölkələri öz siyasətlərində daha müstəqil addımlar ata bilirlər.
“AzPolitika.info”

Şərhlər