Menu

Tramp xanım diplomatı Bakıya göndərdi – Bu missiya ona həvalə olundu

03.07.2025, 17:34
Tramp xanım diplomatı Bakıya göndərdi – Bu missiya ona həvalə olundu

ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.

“AzPolitika” səfirliyin yaydığı məlumata istinadla bildirir ki, bu vəzifəyə Emi Karlon təyin edilib.

Emi Karlon 23 iyun 2025-ci ildən ABŞ-ın Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini kimi fəaliyyətə başlayıb. O, ABŞ Dövlət Departamentinin Ali Diplomatik Xidmət üzvüdür.

Karyerası ərzində Karlon Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru (2022–2024), Dövlət Departamentinin Şərqi Asiya və Sakit Okean Məsələləri Bürosunda direktor müavini (2020–2022), ABŞ-ın Yunanıstandakı səfirliyində siyasi müşavir (2016–2019) vəzifələrində çalışıb. Bundan əlavə, İndoneziya, Avstriya və Rusiyada diplomatik xidmət göstərib, eləcə də Dövlət Departamentinin müxtəlif strukturlarında fəaliyyət göstərib.

O, Oklahoma Universitetində Biznesin idarə edilməsi üzrə bakalavr, Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə Məktəbində dövlət siyasəti üzrə magistr təhsili alıb. 2020-ci ildə Milli Müdafiə Universitetinin Eyzenhauer İnstitutunda Milli Resurs Strategiyası üzrə magistr dərəcəsi qazanıb.

Emi Karlon hazırda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol