Menu

Aqil Abbas polislərin maaşının artırılmasını istəyir - "Ən az maaşı onlar alır"

04.07.2025, 12:22
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir - "Ən az maaşı onlar alır"

“Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaşı da polislər alır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, postsovet məkanında ölkənin təhlükəsizliyinin formalaşdırılmasında ən fəal iştirak edən Azərbaycan polisidir: “Onların sosial şəraiti gücləndirilməlidir. Biz gecə rahat yatırıqsa, bizi qoruyan polislərin sayəsindədir. I və II Qarabağ savaşında da polislər qəhrəmanlıq göstəriblər. 62 polisə Milli Qəhrəman adı verilib. Mən çox arzulayıram ki, polislərin maaşı artırılsın”.

Şərhlər

İsmayıl 2025-07-04 20:00:24

Burda deyirləre " sözün bitdiyi yer " .

ƏNHU 2025-07-04 15:32:46

Neçə onilliklərdir bu adam ictimaiyyətin gözü qarşısında bitib. Buna nə qədər baxmaq, bunu nə qədər görmək, bunu nə qədər seyr etmək olar? Bıkdıq. Bezdik. Yıprandıq. Yorulduq.

Kenan 2025-07-04 15:19:16

Əhalinin yarısı qədər polis var ixtisar edib maaşları artırmaq olar

Eli 2025-07-04 12:57:49

Polisin maaşşı artırılırsa onda hörmetli deputatlarımızın da maaşları artırılmalıdır , onlar da çıx eziyyet çekirler-kimi iclaslarda yatır,kimi heç vaxt danışmir, kimi ancaq ölke rehberliyini teriflemekle işini bitmiş hesab edir ve saire,çetin işlerdir.

Elşən 2025-07-04 12:44:05

Azərbaycanın büdcəsini işləyərək dolduran dənizçilərin həmiçilərin maşını qaldırmaq barədə heç danışan yoxdur hr qurumda bir neçə dəfə əmək haqqı qalxıb amma gəmilərin əmək haqqı heç qalxmayıb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol