ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə apardığı son telefon danışığından sonra jurnalistlərə açıqlama verib.
O, bu söhbətdən dərin məyusluq hissi keçirdiyini bildirib. Onun sözlərinə görə, Putin Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq niyyətində deyil.
Tramp bildirib ki, Kremlin rəhbəri münaqişəyə son qoymaq istəyində olan biri kimi görünmür:“Dürüst desəm, mənə elə gəlir ki, Putin artıq orada yoxdur. Mən onun dayanmaq istədiyini görmürəm. Bu, çox pisdir. O, müharibəni bitirmək istəyən bir insan təsiri bağışlamır”.
Tramp həmçinin bildirib ki, o, sabah Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışacaq.
"AzPolitika.info"

Şərhlər