Xəbər verdiyimiz kimi, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də qatılıb.
Tədbir çərçivəsində ölkə liderləri birlikdə xatirə şəkli çəkdiriblər. Mərasimin qeyri-rəsmi hissəsində isə liderlər arasında isti və səmimi söhbət müşahidə olunub. Bu söhbət zamanı Qarabağda yaranan yeni reallıqlar, iqtisadi əməkdaşlıq imkanları və bölgənin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xüsusilə Ərdoğan və Şahbaz Şərifin Azərbaycan Prezidenti ilə olan münasibətləri və Qarabağ məsələsinə verdikləri açıq dəstək, Xankəndidə baş tutan bu görüşü daha da simvolik və önəmli edib.
Liserlər Xankəndidə bütün dünyaya bir daha birlikdə olduqlarını göstərdilər, həm dostlara, həm də düşmənlərə də açıq mesaj verdilər.
Sözügedən görüntüləri təqdim edirik.
"AzPolitika.info"




Şərhlər