Menu

Beş kollecin direktoru işdən çıxarılıb - Yerinə təyinatlar olub

05.07.2025, 12:12
Beş kollecin direktoru işdən çıxarılıb - Yerinə təyinatlar olub

Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin çalışmanın yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Masallı Dövlət Regional Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollec yer alır. Hazırda adıçəkilən kolleclərin bir qismində yeni direktor təyinatları həyata keçirilib və bu proses mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində ümumilikdə 38 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə mütəmadi olaraq monitorinq və auditlər aparılır, nəticələr əsasında zəruri tədbirlər görülür.

Şərhlər

Cəmşid Dərələyəzli 2025-07-05 19:50:51

Sanıram artıq orta ixtisas təhsil müəssisələri ləğv olunmalıdır. Bundansa önəmi peşə yönümlü məktəblərə vermək lazımdır. Hazırda ali məktəbləri qurtaranlar ölkədə tam işlə təmin oluna bilmirsə bu nəyə lazımdır və bu hazırda nəyə xidçmət edir. Bəlkə də yanlış bir fikir. Ola bilər. Çünki təhsil mütəxəssis deyiləm. Ümid edirəm bu fikirimə təhsil mütəxəssisləri bir münasibət bildirərdilər. Hətda təhsil nazirliyinin əməkdaşları belə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol