Menu

Qazaxda minik avtomobili aşıb, ölən var

06.07.2025, 13:59
Qazaxda minik avtomobili aşıb, ölən var

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yol qəzası rayonun Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Kamran Nəbiyev “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində sürücü K.Nəbiyev aldığı xəsarətlərdən vəfat edib. Qeyd edək ki, o Vətən müharibəsi şəhidi Fərid Nəbiyevin atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol