Menu

Gürcüstanda məşhur iş adamı saxlanılıb

06.07.2025, 22:40
Gürcüstanda məşhur iş adamı saxlanılıb

Gürcüstanda məşhur iş adamı Georgi Ramişvili saxlanılıb.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, biznesmen qanunsuz şəkildə odlu silah əldə etməkdə və saxlamaqda ittiham olunur.

O, Tbilisi hava limanında saxlanılıb.

Qeyd edək ki, Ramişvili ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Silknet Group"un, habelə "Euronews Georgia", "Silk Road Group" və digər şirkətlərin sahibidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol