Menu

Əfv Komissiyasının üzvü: "Bir həftəyə əfv sərəncamı veriləcək"

20.12.2014, 20:28
Əfv Komissiyasının üzvü: "Bir həftəyə əfv sərəncamı veriləcək"

“Hüquq müdafiəçilərindən ibarət monitorinq qrupu bir qrup məhkumun əfv edilməsi üçün Prezident yanında Əfv Məsələləri Komissiyasına müraciət göndərib”. Bu haqda Modern.az-a komissiyanın üzvü, deputat Çingiz Qənizadə məlumat verib.

Onun sözlərinə görə, işçi qrupunda xeyli məsələlər müzakirə olunaraq tövsiyə məqsədilə Əfv Komissiyasına göndərilib:

“Amma konkret kimlərin əfv olunacağı prezidentin səlahiyyətində olan məsələdir. Artıq işlər yekunlaşıb. Yaxın bir həftədə sərəncamının veriləcəyini gözləyirik. Hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə olduğu kimi, bu il də cənab İlham Əliyevin humanizm göstərəcəyinə inanırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol