Menu

Ukrayna şəhərləri bombalanıb - Bu şəhərlərdə dağıntı və çoxsaylı yaralı var

07.07.2025, 14:00
Ukrayna şəhərləri bombalanıb  - Bu şəhərlərdə dağıntı və çoxsaylı yaralı var

Bazar ertəsi səhər Rusiya pilotsuz təyyarələri Xarkova hücum edib. 

“AzPolitika” yerli teleqram kanallarına istinadla xəbər verir ki, son məlumatlara görə, üçü uşaq olmaqla 27 nəfər xəsarət alıb. 

Xarkov meri İqor Terexov bildirib ki, şəhərin Şevçenkivski rayonunda hücum nəticəsində çoxmərtəbəli binanın mənzilləri yanıb. Slobidski rayonunda dron uşaq bağçası və ticarət obyektinin ərazisini vurub, yardımçı tikili və avtomobil yanıb.

Gecə saatlarında Odessa pilotsuz təyyarələrin hücumuna məruz qalıb.Binanın yaxınlığındakı mühafizə otağı yanıb - mühafizəçi ölüb.

“Hava Hücumundan Müdafiə Qüvvələrinin fəal işinə baxmayaraq, şəhərdə mülki infrastruktura, o cümlədən texniki xidmət stansiyalarına və avtomobillərə ciddi ziyan dəyir”, - deyə vilayət administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

Kiyevdə ölən və xəsarət alan olmayıb. Şəhərin bir sıra ərazilərində dron tullantıları düşüb: iri diametrli istilik şəbəkəsi, avtomobillər, fasadlar və binaların şüşələri zədələnib.

Dnepropetrovsk vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində 3 nəfər yaralanıb.

"Prosyanaya kəndində özəl yaşayış sektorunda yanğın baş verib. Yanğın 1500 kvadratmetr yaşayış binasını əhatə edib", - Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol