Menu

Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb

07.07.2025, 19:12
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb

Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb.

“AzPolitika" APA-ya istinadən xəbər verir ki, hadisə Beşbarmaq dağında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə eniş edərkən qəza edərək qayaya çırpılıb və hadisə nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən ilin oktyabrında Qubada da oxşar hadisə baş vermiş və 38 yaşlı həkim Şamo Mehdiyev faciəvi şəkildə ölmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol