Menu

Hakan Fidan BMT baş katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

08.07.2025, 00:27
Hakan Fidan BMT baş katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan və BMT-nin baş katibi Antoniu Quterreş Braziliyada keçirilən BRİCS sammiti çərçivəsində görüşüblər.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər Rusiya-Ukrayna müharibəsi barədə danışıblar.

Onlar həmçinin Qəzza zolağı, Yaxın Şərqdəki vəziyyəti və Kipr məsələsini müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol