Menu

“Bu müharibə illərlə davam edəcək” - Çexiya Prezidentindən bədbin proqnoz

08.07.2025, 13:47
“Bu müharibə illərlə davam edəcək” - Çexiya Prezidentindən bədbin proqnoz

Ukrayna ilə Rusiya Federasiyası arasında müharibə illərlə də davam edə bilər.

“AzPoplitika” xəbər verir ki, bunu “BBC”-yə müsahibəsində Çexiya Prezidenti Petr Pavel deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri böyük qurbanlar və itkilər bahasına olsa da, Ukrayna ərazisinin bəzi hissələrini işğal edə bilib: "Hələlik Ukraynanın müdafiəsi uğurludur, çünki onlar rus qoşunlarına böyük ziyan vururlar. Onlar mövqe tuta bilirlər, xüsusən də Ukrayna üçün vacib olan yerlərdə. Eyni qaydada davam edərsə, müharibə illərlə davam edəcək. Bu vəziyyət hamı üçün qəbuledilməzdir".

Pavel əlavə edib ki, Ukraynanı dəstəkləməklə yanaşı, Rusiyaya maksimum təzyiq göstərmək və döyüş meydanında qələbənin olmadığını nümayiş etdirmək də vacibdir.

Xatırladaq ki, Çexiyanın üçüncü ölkələrdən artilleriya mərmiləri almaq təşəbbüsü artıq Ukraynaya 1,6 milyon mərminin ötürülməsinə imkan verib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol