Menu

Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb

08.07.2025, 14:35
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Fəyyad Əl-Ruvayli Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb.

APA xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol