Menu

CHP-nin İstanbul üzrə sədri istintaqa çağırılıb

08.07.2025, 14:49
CHP-nin İstanbul üzrə sədri istintaqa çağırılıb

İstintaq orqanı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə sədri Özgür Çeliki dindirməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

Belə ki, İstanbul Prokurorluğu CHP İstanbul ofisinin başqanlığına son seçkinin saxtalaşdırılması ilə bağlı apardığı araşdırma çərçivəsində Ö.Çeliki prosesə qanunsuz müdaxilədə ittiham edir.

İstintaq hesab edir ki, Ö.Çelikin hərəkətləri siyasi partiyalar haqqında qanuna ziddir. Ö.Çeliklə yanaşı, qanunsuz fəaliyyətdə şübhəli bilinən daha 10 nəfər ifadə verməyə çağırılıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol