İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə son səfəri və Prezident Donald Trampla görüşün məqsədləri ilə bağlı spekulyasiyalar kəskin şəkildə artıb.
Belə ki, bir sıra xarici KİV-lərdə yayılan məlumata görə, bu görüş İsrailin İrana qarşı son hücumlarının nəticələrini nəzərdən keçirmək və onunla qarşıdurmanın davam etdirilməsi, o cümlədən İranın ali dini lideri Əli Xameneyinin öldürülüb-öldürülməməsi ilə bağlı qərarın qəbulu ilə bağlıdır.
Qeyd olunub ki, İranın İsraildəki yaşayış binasına raket hücumuna cavab olaraq, İsrailin müdafiə naziri İsrael Katz açıq şəkildə bildirib ki, “Xameneyinin daha çox yaşamasına icazə verilməməlidir”.
"AzPolitika.info"


Şərhlər