İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 66 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 8 500 manat olan “Nissan Sunny” markalı avtomobil 10 800 manata, 8 200 manat olan “Volkswagen Jetta” markalı avtomobil isə 10 700 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Mzggr linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 15, 22 və 29 iyulda keçiriləcək. Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3Mzgiw linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.


Şərhlər