Menu

Müxalifət deputatı toxunulmazlıqdan məhrum edildi - FOTO

08.07.2025, 16:43
Müxalifət deputatı toxunulmazlıqdan məhrum edildi - FOTO

Ermənistan parlamentindəki “Ermənistan” fraksiyasının üzvü Artur Sarqsyan deputat toxunulmazlığından məhrum edilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı parlamentin mətbuat xidməti yayıb.

Toxunulmazlığın ləğv olunması qərarı Ermənistan hüquq-mühafizə orqanlarının təqdimatı əsasında verilib. Qərarın hansı səbəblə və hansı ittiham əsasında qəbul edildiyi hələlik rəsmi açıqlanmayıb.

Xatırladaq ki, “Ermənistan” fraksiyası ölkədə Baş nazir Nikol Paşinyanın siyasətinə qarşı çıxan, Rusiyameyilli əsas müxalif blokudur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol